Вернуться назад Распечатать

Tələbələri daşıyan avtobus aşdı: 6 ölü, 15 yaralı

İranda Sirç-Kirman yolunda tələbə qızları daşıyan avtobus aşıb.

Bu barədə İranın Kirman əyalətinin Fövqəladə Hallar Xidməti məlumat verib.

Bildirilib ki, avtobusda 40 nəfər olub, 6 nəfər ölüb, 15-i isə ağır yaralanıb.

Qəzanın təfərrüatı barədə məlumat verilməyib.