Vaşinqtondan qalxan “Qolfstrim G650ER” şəxsi təyyarəsi Moskvanın Vnukovo aeroportuna enib.
1xeber.media xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, təyyarə ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkofla bağlıdır.
“Flightradar” xidməti “Qolfstrim G650ER” təyyarəsinin Moskva vaxtı ilə səhər saat 10 radələrində Vnukovo hava limanına endiyini bildirib