Rusiya Prezidenti Vladimir Putin Vladimir Zelenski ilə də danışıqlara hazırdır. Bununla belə, Zelenskinin Ukrayna lideri kimi legitimliyi şübhə altındadır.
1xeber.media xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
“Putin özü də dəfələrlə bildirib ki, lazım gələrsə, Zelenski ilə danışıqlar aparacaq”, - o bildirib.
Peskov qeyd edib ki, Zelenskinin legitimliyinə dair şübhələri nəzərə alsaq, razılaşmaların hüquqi qeydiyyatı ciddi müzakirəyə məruz qalır.