Ermənistan xarici işlər naziri Ararat Mirzoyan noyabrın 11-12-də İsveçdə işgüzar səfərdə olacaq.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan məlumat yayıb.
Mirzoyanın isveçli həmkarı ilə görüşü nəzərdə tutulur.
Qeyd edək ki, sabah Bakıda COP29 Liderləri Sammiti başlayacaq. Mirzoyanın İsveçə səfərindən belə görünür ki, o, COP29-da iştirak etməyəcək.