Məşhur amerikalı aktyor Tom Henks Donald Trampın ABŞ prezidenti seçkilərində qələbəsindən sonra ABŞ-ı tərk edib.
Bu barədə “Direkt” (The Direct) məlumat yayıb.
Henks pərəstişkarlarına açıq məktub da yazıb:
“Ağır ürək və daha da ağır bir çamadanla ölkəni rəsmi olaraq tərk etdiyimi elan edirəm. Bəli, düz eşitdiniz. Mən bunu indi gözəl mənzərəsi olan uzaq naməlum bir yerdən yazıram... Bura qətiyyən Amerikada deyil”.
O bildirib ki, Trampın seçilməsi onun “qətiyyən hazır olduğu şey” deyildi:
“Nəticələri görəndə düşündüm. "Qaç, Forrest, qaç! (Henksi məşhurlaşdıran filmin qəhrəmanının adıdır – red.) Mən də elə bunu etdim”.
Aktyor pərəstişkarlarını onun ABŞ-ı həmişəlik tərk edəcəyini düşünməməyə çağırıb və Donald Trampın prezidentlik müddəti bitdikdən sonra geri qayıda biləcəyini açıqlayıb.