Вернуться назад Распечатать

Simonyan Aİ rəsmisi ilə Azərbaycanla münasibətləri müzakirə etdi

Fevralın 25-də Ermənistan parlamentinin sədri Alen Simonyan Aİ-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin həmsədri Nils Uşakovsun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1xeber.media xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Həmsöhbətlərin müzakirələrində Ermənistan-Avropa İttifaqı münasibətləri mövzularından əlavə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı məsələlər də diqqət mərkəzində olub.