1xeber.media xəbər verir ki, ABŞ prezident seçkilərində qalib gələn Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Ukraynadakı münaqişənin tez bir zamanda bitməsini istədiyini bildirib.
Bu barədə The Washington Post (WP) məlumat yayıb.
Noyabrın 7-də baş tutan söhbətin mövzularından birinin Avropa qitəsində sülhün bərqərar olması olduğu aydınlaşdırılır.
Materialda qeyd olunur ki, respublikaçı həm də mərkəzi “Ukraynadakı müharibənin tezliklə həlli” olacaq yeni danışıqların keçirilməsində maraqlı olduğunu bildirib.