Yaponiya parlamenti hakim Liberal Demokrat Partiyasının (LDP) rəhbəri Şiqeru İşibanı ölkənin yeni baş naziri seçib.
İşiba, qərarı Yaponiyanın yeni baş nazirinin təyin edilməsində əsas olan parlamentin aşağı palatasında keçirilən səsvermənin ikinci turunda deputatların yarıdan çoxunun səsini qazanıb.
Namizədi fəal səs verən 381 deputatdan 221-i dəstəkləyib.
İşibanın hökumət başçısı seçkilərində rəqibi Yaponiyanın əsas müxalifətçi Konstitusiya Demokratik Partiyasının sədri Yoşihiko Noda olub. Parlamentin 160 üzvü onun lehinə səs verib.