Вернуться назад Распечатать

ABŞ 5 milyon dollara "qızıl kart" təqdim edəcək

ABŞ ölkəyə köçmək istəyənlər üçün 5 milyon dollar dəyərində "qızıl kart" təqdim edəcək.

1xeber.media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Oval kabinetdə jurnalistlərə açıqlama verib

Yeni proqram çərçivəsində "qızıl kart" sahibi ABŞ-da yaşamaq və işləmək hüququ əldə edəcək, həmçinin gələcəkdə vətəndaşlıq almaq imkanı qazanacaq. Bu təşəbbüs mövcud EB-5 investor viza proqramını əvəz edəcək.

ABŞ-ın Ticarət naziri Hovard Latnik bildirib ki, "qızıl kart" almaq istəyən şəxslər müəyyən yoxlamalardan keçməli olacaqlar.

Prezident Tramp proqramın təxminən iki həftə ərzində başlamasının planlaşdırıldığını qeyd edib.