Вернуться назад Распечатать

Zelenskiyə dəstək mesajları...

1xeber.media xəbər verir ki, Zelenski Trump görüşündən dərhal sonra Ukrayna liderinə dəstək mesajları gəlməkdə davam edir:

Polşanın Baş naziri Donald Tusk:

"Hörmətli Zelenski, əziz ukraynalı dostlar, siz tək deyilsiniz".

 Fransa prezidenti Makron:

"Rusiya işğalçıdır! Biz əvvəldən mübarizə aparanlara hörmət etməliyik".

Almaniya seçkilərində qalib gələn Xristian Demokrat partiyasının müavini İohan David Vadeful:

"Ağ Evdən görüntülər insanı şoka salır. İşğal olunmuş bir ölkənin prezidentinə necə belə xəyanət etmək olar?! Azad Avropa Ukraynanı tərk etməyəcək!"

Kanada Xarici İşlər Naziri:

"Biz təhlükəsizlik böhranı yaşayırıq".

İspaniyanın baş naziri Pedro Sançes:

"İspaniya Ukraynanın yanındadır!"