Вернуться назад Распечатать

Aİ ölkəsi öz qoşunlarını Ukraynaya göndərmək istəyir

Belçika hakimiyyəti öz sülhməramlı kontingentinin Ukraynaya göndərilməsi məsələsinə baxacaq.

1xeber.media xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin rəhbəri Maksim Prevost RTL telekanalına müsahibəsində bildirib.

“Avropa İttifaqı və Kiyev üçün davamlı və məqbul sülh əsasında, eləcə də aydın beynəlxalq mandat əsasında Belçika Ukraynada sülhməramlı missiyada iştirak edə bilər”, - nazir qeyd edib.

Fevralın 25-də Fransa prezidenti Emmanuel Makron bildirib ki, Avropa İttifaqı və onun hüdudlarından kənarda yerləşən bir çox ölkə Ukraynaya qoşun yeritməyə hazırdır. Onun sözlərinə görə, bu qərar sülh sazişinin imzalanmasından sonra zəmanətə çevriləcəkdi.

Bundan əlavə, “The Wall Street Journal” (WSJ) Ağ Evin sözçüsünə istinadən yazıb ki, Amerika lideri Donald Trampın Ukraynadakı münaqişənin həlli planına bölgəyə qüvvələr göndərmək və ya hərbi əməliyyatlar baş verərsə yardım göstərmək daxil deyil.