Вернуться назад Распечатать

İsrail ordusuna yeni komandir təyin edib


1xeber.media xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu İsrail ordusunun yeni komandiri general-leytenant Eyal Zamiri təsdiqləyib və Qəzzada HƏMAS üzərində qələbə qazanmağa qərarlı olduğunu bildirib.

Netanyahu hərbi qərargahda inauqurasiya mərasimində Zamirə deyib: "Sizin çiyinlərinizdə çox böyük məsuliyyət var, müharibənin nəticələri bir çox nəsillər üçün əlamətdar olacaq, biz qələbəyə nail olmaq əzmindəyik". Zamir bildirib ki, 2025-ci il aktiv hərbi əməliyyatlar ili olacaq.

Eyni zamanda, İsrail İordan çayının qərb sahilindəki qaçqın düşərgələrində əməliyyatlarını genişləndirib.

Yanvarın sonlarında başlayan Dəmir Divar əməliyyatı İsrailin son iyirmi ildə İordan çayının qərb sahilindəki ən böyük əməliyyatı hesab olunur.

İsrail niyə İordan çayının qərb sahilində reydlər keçirir?
Müdafiə naziri İsrael Katz daha əvvəl demişdi ki, o, hərbçilərə “gələn il ərzində təmizlənmiş düşərgələrdə uzun müddət qalmağa hazırlaşmağı və sakinlərin geri qayıtmasına imkan verməməyi” tapşırıb.

“Biz keçmişdə mövcud olan reallığa qayıtmayacağıq. Yaradılmış ekstremist İslamın yaraqlı batalyonlarını və terrorçu infrastrukturlarını məhv etmək üçün qaçqın düşərgələrini və digər terror mərkəzlərini təmizləməyə davam edəcəyik”, - Katz əlavə edib.

İsrail ordusu çərşənbə axşamı işğal altındakı İordan çayının qərb sahilinin Cenin şəhərində yerli HƏMAS silahlı qruplaşmasının başçısı Aisar əs-Saadini öldürdüyünü bildirib.

İsrail qüvvələri indiyədək əsasən şimaldakı Cenin, Tulkarm, Nur Şəms və Fara qaçqın düşərgələrində fələstinli yaraqlıları hədəfə alıb. İDF bazar günü bildirib ki, bir tank taqımı Ceninə yerləşdirilib və əməliyyatlar yaxınlıqdakı iğtişaşlar olan Qabatiya şəhərinə qədər genişləndirilib.