İspaniyanın cənub-şərqində su axınlarının daşıdığı zibillər siçovullar üçün ideal çoxalma meydanına çevrilib. Yerli hakimiyyət Madriddən kömək istəyir.
1xeber.media xəbər verir ki,dağıdıcı daşqınlara məruz qalan cənub-şərqi İspaniya daha bir problemlə - siçovulların istilası ilə mübarizə aparır.
Valensiyanın Alfafar şəhərində 83 yeraltı tullantı anbarı su altında qalıb. Yerli hakimiyyətlər Madriddən tullantıların təkrar emalı zavodlarına daşınması üçün yük maşınları göndərməsini xahiş edir. Onlar şəhərdən cəmi 10 kilometr aralıdadırlar, lakin yollar zədələndiyi üçün orada saatlarla tıxac yaranır.
Yaş tullantıların yığılması təhlükəli infeksiyaların daşıyıcısı olan gəmiricilər üçün ideal çoxalma meydanına çevrilib.
Peşəkar xilasedicilər və könüllülər isə dağıntıları təmizləməyə və hələ də itkin düşən 32 nəfərin axtarışına davam edir. Ümumilikdə daşqın 220-dən çox insanın həyatına son qoyub.