Вернуться назад Распечатать

Nazir müavini qəzaya düşdü

Rusiya fövqəladə hallar nazirinin müavini Roman Kurinin Donbasdan ezamiyyətdən qayıdarkən Tula vilayətində yol qəzası keçirib.

1xeber.media teleqraf-a istinadən xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

"Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovun göstərişi ilə nazir müavini Roman Kurinin Donetsk "xalq respublikası"nda işgüzar səfərdə olub. Moskvaya qayıdarkən Tula vilayətində, M-4 "Don" magistralında xidməti avtomobili qəzaya uğrayıb", - məlumatda bildirilib.

Qəza nəticəsində xəsarət alan olmayıb.