Rusiyadan Ermənistana qaz nəqli müvəqqəti olaraq dayandırılıb.
“Sputnik Ermənistan” xəbər verir ki, buna səbəb qaz kəmərinin bir hissəsində bərpa işlərinin aparılmasıdır.
Bildirilib ki, Gürcüstan ərazisində Şimali Qafqaz - Transqafqaz tranzit qaz kəmərinin Qazax-Saquramo hissəsində aparılan təmirlə əlaqədar bu gün saat 10:00-dan noyabrın 14-ü saat 22:00-dək qaz təchizatı dayandırılır.
Şirkətdən bildirilib ki, bu müddət ərzində daxili ehtiyatlar və İrandan alınan əlavə həcmdə təbii qaz tədarükü hesabına qaz təchizatı təmin ediləcək.