Вернуться назад Распечатать

Arakçı Ermənistana gedir

İran xarici işlər naziri Abbas Arakçı bu gün Ermənistana səfər edəcək.

1xeber.media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Arakçının səfəri erməni həmkarının dəvəti əsasında baş tutacaq.

Səfər çərçivəsində Arakçı Ermənistanın baş naziri və digər rəsmi şəxslərlə görüşəcək.

Görüşlərdə ikitərəfli əlaqələr və Cənubi Qafqaz regionunda baş verən proseslər müzakirə ediləcək.