İsrail ordusu (ÇAXAL) Suriyanın "Tadmor" və "T4" bazalarında hərbi hədəflərə zərbələr endirib.
1xeber.media məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər verib.
"Bir müddət əvvəl İsrail Müdafiə Ordusu Suriyanın "Tadmor" və "T4" hərbi bazalarında qalan hərbi obyektlərə zərbələr endirib", - deyə bildirilib.
Qeyd edilib ki, İsrail ordusu "İsrail vətəndaşlarına qarşı hər hansı təhlükəni aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcək"