Ukrayna OP-nin müşaviri Podolyak danışıqların şərtlərini qeyri-real adlandırıb
1xeber.media xəbər verir ki,Ukraynaya təklif edilən danışıqların şərtləri real deyil; Kiyev ərazi güzəştlərinə getməyə hazır deyil. TASS xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin rəhbəri Mixail Podolyak Kiyevin münaqişəni sülh yolu ilə həll etməkdən imtina etdiyini bir daha bəyan edib.
“Rusiya Federasiyasının heç bir danışıqlar prosesinə girmək niyyəti yoxdur. Onlar ultimatum tələblərində israr etməkdə davam edirlər, yəni Ukrayna təkcə öz ərazisini deyil, həm də subyektivliyini itirməlidir (...) Bu, tamamilə əxlaqsız görünür”, - OP müşaviri bildirib.