1xeber.media xəbər verir ki, Rusiyanın 2025-2027-ci illər üçün büdcə layihəsi balanslaşdırılmış və orta dərəcədə mühafizəkar olub. Bunu Rusiyanın baş naziri Mixail Mişustin deyib.
"Milli layihələrin həyata keçirilməsi üçün ayrılan vəsait federal büdcə layihəsində nəzərə alınıb", - o, hökumətin iclasında deyib.
Mişustin daha əvvəl bildirmişdi ki, Rusiyanın üç illik büdcəsinə milli layihələrin həyata keçirilməsi üçün təxminən 19 trilyon rubl daxil ediləcək. Eyni zamanda, plan Rusiya prezidenti Vladimir Putinin may fərmanını, 19 milli layihəni, həmçinin 40-dan çox dövlət proqramını birləşdirəcək.