Вернуться назад Распечатать

Arktika buzlarının əriməsi qədim virusları buraxa bilər

Arktika buzlarının sürətlə əriməsi yeni pandemiyaya səbəb ola biləcək “zombi viruslarının” yaranmasına təkan verə bilər.

1xeber.media xəbər verir ki, bu barədə aprelin 8-də Daily Mail məlumat yayıb.

Qəzetdə deyilir: “Əriyən permafrost hətta minlərlə ildir donmuş qədim bakteriya və virusları buraxa bilər”.

Əsas təhlükənin Methuselah adlı mikrobların yaratdığı dəqiqləşdirilir. Onlar on minlərlə il torpaqda və donmuş heyvanların cəsədlərində yatmış vəziyyətdə qala bilərlər. İqlim istiləşdikcə və əbədi don əridikcə qədim xəstəliklərin insanlara keçmə riski artır.
Qəzetin qeyd etdiyi kimi, minlərlə il əvvəl Arktikada donmuş bakteriya və viruslar hələ də canlı orqanizmləri yoluxdura bilir. Qeyd olunur ki, risklər təkcə daimi donmuş ərazilərlə məhdudlaşmır, çünki hərəkətsiz vəziyyətdə olan patogenlər buzlaqlarda da tapıla bilər.