Вернуться назад Распечатать

NATO "Rusiya hücumlarına" qarşı genişmiqyaslı hərbi təlimlər keçirir

NATO hərbi hava qüvvələri Şimal dənizinin Hollandiyaya aid sularında “Ramstein Flag 2025” adlı” müharibə oyunlarına başlayıb.

1xeber.media xarici KİV-lərə istinadən xəbər verir ki, hərbi təlimlərdə məqsəd alyans qoşunlarının potensial “Rusiya hücumlarına” hazırlıq səviyyəsinin artırılmasıdır.

Məlumata əsasən, hərbi manevrlərə 90-dan çox müxtəlif təyinatlı hərbi təyyarə, o cümlədən 8 alman “Eurofighter” qırıcısı, helikopterlər və dronlar cəlb olunub.

Qeyd edilir ki, Almaniya HHQ NATO-dan olan tərəfdaşları ilə birgə Rusiyanın Alyans ərazisinə hücumu ssenarilərinin üzərində çalışır.