Rusiya ABŞ prezidenti Donald Trampın yeni administrasiyası ilə müharibəyə son qoymaq üçün mümkün danışıqlar ərəfəsində Kursk bölgəsini geri almağa çalışır.
1xeber.media xeber verir ki, bu barədə Washington Post yazır.
“Danışıqlar baş tutsa, Rusiya əmin olmaq istəyir ki, müzakirə mövzusu yalnız Ukrayna torpaqları olacaq”, - nəşr hesab edir.
Rusiyalı ekspertlər də eyni şeyi deyirlər. “Nezavisimaya qazeta”nın baş redaktoru Konstantin Remçukov “Aydındır ki, Moskva bütün ukraynalı əsgərləri Kurskdan qovmayana qədər heç bir danışıqlara başlamayacaq”.
Filadelfiyadakı Xarici Siyasət İnstitutunun baş elmi işçisi, hərbi ekspert Rob Li deyir: “Əgər diqqətinizi Kurskda saxlamağa yönəltsəniz, bu, cəbhənin digər hissələrini daha böyük risk altında qoya bilər”.
O yazır ki, Rusiya Ukraynanın şərqində 2022-ci ildən bəri ən yüksək sürətlə irəliləyir.