Вернуться назад Распечатать

İran və ABŞ arasında müzakirədə hörmət çərçivəsində irəliləyiş ola bilər – XİN

İran və ABŞ arasında müzakirələrdə qarşılıqlı hörmət və bərabərhüquqlu mövqe ilə irəliləyiş əldə etmək olar.

1xeber.media məlumatına görə, bunu İranın xarici işlər naziri Seyid Abbas Araqçi bu gün Tehranda Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə verdiyi açıqlamada deyib.

Onun sözlərinə görə, İranın həm mövqeyi, həm də funksiyası aydındır. Təzyiqin tətbiq olunması ilə heç bir nailiyyət əldə etmək olmaz.

Araqçi bildirib ki, ABŞ tərəfinin fərqli açıqlamalar verməsinə baxmayaraq, əsas mövqe müzakirə masasında müəyyən olur.

Qeyd edək ki, 12 apreldə Omanın paytaxtı Məsqətdə İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayısı müzakirələr keçirilib. Müzakirələrin konstruktiv və qarşılıqlı hörmət əsasında keçirildiyi bildirilir. Danışıqların növbəti raundu 19 aprelə təyin olunub.