Rusiya ilə Ukrayna arasındakı münaqişə danışıqlar yolu ilə həll olunacaq. Bu sözləri noyabrın 17-də ABŞ-ın müdafiə naziri Lloyd Ostin Avstraliyanın Darvin şəhərində keçirdiyi mətbuat konfransında deyib.
1xeber.media xəbər verir ki,Avstraliya və Yaponiyadan olan həmkarları ilə görüşdən sonra Pentaqonun rəhbəri qeyd edib ki, Qərb ölkələri Ukraynanın öz maraqlarını müdafiə edə bilməsi üçün onun firavan gələcəyini istəyir.“Biz əmin olmaq istəyirik ki, gələcəkdə bu (münaqişənin - red.) necə həll olunacağından asılı olmayaraq, Ukrayna öz maraqlarını qorumaq üçün ən yaxşı vəziyyətdədir. Mən də inanıram ki, son nəticədə bu, danışıqlar yolu ilə həll olunacaq”, - deyə o vurğulayıb.