1xeber.media xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə Vatikana işgüzar səfərə gedib, bu barədə baş nazirin mətbuat xidməti xəbər verir.
Xəbərdə deyilir ki, səfər çərçivəsində Paşinyan Roma Papası Fransisklə görüşəcək.2023-cü ildə Papa Fransiskin Ermənistandakı nümayəndəsi, arxiyepiskop Xose Avelino Betankur Paşinyanı Müqəddəs Taxt-Tacın ən yüksək mükafatlarından biri olan Papa IX Piusun Böyük Xaç Cəngavər ordeni ilə təltif edib.Bundan əvvəl Paşinyan Macarıstanın paytaxtına işgüzar səfər edib. Budapeştdə Ermənistanın baş naziri ilə Fransa prezidenti Emmanuel Makron arasında görüş baş tutub.
Söhbət zamanı Ermənistan və Fransa ilə Avropa İttifaqı arasında əməkdaşlıq, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələləri müzakirə olunub.