Вернуться назад Распечатать

Zaxarova Bayden administrasiyasını Ukraynadan istifadə etməkdə ittiham edir

ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası Ukraynanı zənginləşdirmək və onu qırğına hazırlamaq üçün istifadə edib.

1xeber.media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında məlumat verib.

O, Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kulebanın ölkənin “artıq Amerikaya arxalana bilməyəcəyini” söyləyən bəyanatına belə cavab verib.

"Bayden və onun bütün dəstəsi Ukraynadan istifadə etdi. Onlar ondan həyasızcasına, kobud şəkildə, o cümlədən öz varlanmaları üçün istifadə etdilər. Amerika liberal demokratları dərhal Ukraynanı qırğına hazırladılar", - Zaxarova yazıb.