Вернуться назад Распечатать

İranda zəlzələ - Xəsarət alanların sayı 29-a çatıb (YENİLƏNİB)

İranın Rəzəvi Xorasan vilayətinin Roştxar rayonunda baş verən zəlzələ nəticəsində vilayətdə xəsarət alanların sayı 29-a çatıb.

1xeber.media xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

“Zəlzələ maddi zərərə səbəb olmasa da, nəticədə 29 nəfər xəsarət alıb”, – məlumatda bildirilir.

Qeyd olunur ki, zərərçəkənlərin hamısı zəlzələdən sonra yaranan təşviş zamanı xilas olmağa çalışarkən xəsarət alıblar.

xxx

10:19

İranın Rəzəvi Xorasan vilayətinin Roştxar rayonunda baş verən zəlzələ nəticəsində vilayətdə xəsarət alanların sayı 19-a yüksəlib.

1xeber.media məlumatına görə, bunu İranın Rəzəvi Xorasan valiliyinin fövqəladə hallar idarəsinin baş direktoru Məsud Yavəri yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, xəsarət alanların sayının artacağı ehtimal olunur.

Yavəri bildirib ki, Roştxar rayonundan əlavə. daha 4 rayonda xəsarət alanlar var.

xxx

09:41

Bu gün yerli vaxtla saat 05:10-da İranın şimal-şərqində Rəzəvi Xorasan vilayətinin Roştxar rayonunda baş verən zəlzələdə indiyədək 2 nəfər xəsarət alıb.

1xeber.media məlumatına görə, bunu İranın Rəzəvi Xorasan valiliyinin fövqəladə hallar idarəsinin baş direktoru Məsud Yavəri yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, rayonun eyniadlı şəhərinin ətrafında baş verən yeraltı təkan Məşhəd və digər rayonlarda da ciddi şəkildə hiss olunub.

Yavəri xəsarət alanların tibb mərkəzinə aparıldığını bildirib.

Qeyd edək ki, Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzinin məlumatına görə, episentri Roştxar şəhərinin 12 kilometrliyində olan zəlzələ 10 km dərinlikdə baş verib.