ABŞ prezidenti Donald Tramp Rusiyanın “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin bombalanmasında iştirakını inkar edib.
1xeber.media xəbər verir ki, O, bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.
O, günahkarların adını çəkmədən qaz kəmərinin partlamasına kimin cavabdeh olduğu barədə dəqiq məlumata malik olduğunu bildirib. Dövlət başçısı yalnız Rusiyanın bununla heç bir əlaqəsinin olmadığını vurğulayıb.
Tramp həmçinin xəbərdarlıq edib ki, istintaqa çox pul xərcləmədən istənilən vaxt “müəyyən insanlardan” bu barədə soruşa bilər.
Bundan əvvəl Tramp demokratları ona impiçment cəhdində ittiham etmişdi. "Demokratlar həqiqətən də nəzarətdən çıxıblar. Bu radikal solçu dəlilər yenidən impiçment meydançasına qayıdırlar", - Amerika lideri bildirib.