Вернуться назад Распечатать

Pakistanın BMT-dəki səfiri: Ölkəmiz suverenliyini müdafiə etməyə hazırdır

 Pakistan Hindistanla gərginliyin artması fonunda öz müstəqilliyini qorumağa hazırdır.

1xeber.media xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Asim İftixar Əhməd deyib.
"Vurğulayıram: Pakistan eskalasiyaya can atmır. Bu, siyasi rəhbərliyimizin bütün səviyyələrdə aydın mövqeyidir. Eyni zamanda, biz suverenliyimizi və ərazi bütövlüyümüzü müdafiə etməyə tam hazırıq", - diplomat bildirib.