Вернуться назад Распечатать

Aİ ölkələri yeni sanksiyalar paketinin qəbulu ilə bağlı konsensus əldə etməyəcək

Avropa İttifaqı (Aİ) ölkələri yeni anti-Rusiya sanksiyalar paketində sərt tədbirlərlə bağlı razılığa gələ bilməyəcək, çünki bu, ittifaqa daxil olan bəzi ölkələrin etirazına səbəb olacaq.

1xeber.media xəbər verir ki, bu barədə mayın 13-də “Handelsblatt” qəzeti məlumat yayıb.

“Hökumət başçılarının xüsusilə sərt olduğunu bəyan etdikləri 17-ci sanksiya paketi Brüsseldə daha çox minimum konsensus kimi qəbul edilir”, - nəşr yazır.

Sanksiyalar siyahısına mübahisəli təkliflər daxil edilməyib, çünki bu, Macarıstan və ya Slovakiyanın veto qoymasına səbəb ola bilərdi.