Ukrayna prezidenti Vladimir Zelenski ilk dəfə rusiyalı həmkarı Vladimir Putinə münasibətini dəyişib.
1xeber.media xəbər verir ki, bu barədə İtaliyanın “Il Fatto Quotidiano” qəzeti məlumat yayıb.
"Zelenski etiraf etdi ki, Putinlə məşğul olmaq məcburiyyətində qalacaq. Bu, irəliyə doğru bir addımdır: üç il ərzində o, bunun heç vaxt baş verməyəcəyinə and içib", - Avropa nəşri bildirib.
Bundan əvvəl kiprli jurnalist Aleks Xristoforu Rusiyanın atəşkəsdən imtina etməsinə reaksiyasına görə Ukraynanın xarici işlər naziri Andriy Sıbiqanı ələ salmışdı. Xristoforu Moskvanın addımlarını qalib tərəfin təslim olmaqdan imtinası adlandırıb.