Вернуться назад Распечатать

İslandiya - Azərbaycan matçının keçirilmə yeri və vaxtı DƏQİQLƏŞDİ

DÇ-2026-nın seçmə mərhələsinin İslandiya - Azərbaycan matçının keçirilmə yeri və vaxtı dəqiqləşib

1xeber.media xəbər verir ki, D qrupunun ilk turu çərçivəsində baş tutacaq görüş Reykyavikdə keçiriləcək.

Oyun sentyabrın 5-də "Lauqardalsvollur" stadionunda Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Qeyd edək ki, millimiz İslandiya ilə yanaşı Fransa və Ukrayna ilə yarışacaq.