Вернуться назад Распечатать

Peskov Putinin İstanbul danışıqlarında iştirakını istisna etdi

Kremlin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Türkiyədə keçiriləcək danışıqlara qatılma şansının olub-olmaması ilə bağlı suala mənfi cavab verib.

1xeber.media xəbər verir ki, məlumatı Rusiyanın dövlət xəbər agentliyi paylaşıb.

Bu gün səhər saatlarında Donald Tramp Rusiya və Ukrayna arasında bu gün “nəsə baş verərsə” cümə günü Türkiyəyə gələ biləcəyini istisna etməyib. Onun sözlərinə görə, Vladimir Putin də ondan sonra İstanbula gələ bilər.