1xeber.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ukraynada atəşkəsin mayın 19-da əldə olunacağına ümid etdiyini bildirib.O, Truth Social sosial şəbəkəsindəki paylaşımında mümkün tarixi qeyd edib.
Onun sözlərinə görə, bu gün o, Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Vladimir Zelenski və NATO nümayəndələri ilə danışacaq. Tramp qeyd edib ki, o, “qanlı qırğınları” dayandırmaq istəyir.
“Ümid edirəm ki, bu məhsuldar gün olacaq, atəşkəs əldə olunacaq və bu çox amansız müharibə, heç vaxt başlamamalı olan müharibə bitəcək”, - o yazıb.
Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Putinlə Tramp arasında söhbətin hazırlandığını açıqlamışdı. "Söhbət hazırlanır" dedi.