Вернуться назад Распечатать

Əfqanıstanda kömür mədənində partlayış olub, ölənlər var

Əfqanıstanın Samanqan vilayətində kömür mədənində baş vermiş partlayış nəticəsində yeddi nəfər ölüb, iki nəfər yaralanıb.

1xeber.media  xəbər verir ki, bu barədə "Ariana News" portalı məlumat yayıb.

"Hadisə gecə yarısı Dar-e-Suf Payin rayonunun Qula kəndində, kömür mədəninin içərisində baş verib", - Samanqan Polis İdarəsinin Mətbuat Xidməti bildirib.

Qeyd olunur ki, zərərçəkənlər tibb müəssisəsinə yerləşdiriliblər.