Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı növbəti sanksiyalar paketi çərçivəsində 20-dən çox bankın SWIFT-dən ayrılması və neft qiymətləri ilə bağlı “tavan”ın aşağı salınması təklifini müzakirə edir.
1xeber.media məlumatına görə, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verib.
"Aİ 20-dən çox bankı SWIFT-dən kəsməyi, eləcə də neft qiymətlərindəki “tavanı” aşağı salmağı imkanını nəzərdən keçirir", - deyə bildirilib.
Rusiyadan neftin qiyməti üçün hazırda 60 dollar səviyyəsində müəyyən edilən “tavan”ın bir barel üçün 45 dollara endirilməsi təklif edilir.