Amerikalı sahibkar İlon Mask ABŞ prezidenti Donald Trampın baş müşaviri vəzifəsini tərk edir.
1xebet.media xəbər verir ki, bu barədə Associated Press (AP) Ağ Evin sözçüsünə istinadən məlumat yayıb.
Agentlik qeyd edib ki, “Musk federal bürokratiyanın ixtisar edilməsi və yenidən qurulması istiqamətində apardığı səylərdən sonra prezident Donald Trampın baş müşaviri vəzifəsini tərk edir”.
Bu vəzifədə amerikalı sahibkar Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) işinə nəzarət edirdi.