Вернуться назад Распечатать

ABŞ Çin və Rusiyanın yaxınlaşmasını təhlükəli hesab edir

Çikaqo Universitetinin professoru Con Mearsheimer deyib ki, ABŞ Avropa və Ukraynadakı səhv hərəkətləri ilə Rusiya və Çinin yaxınlaşmasına imkan verib.

1xeber.media xəbər verir ki, o, bu barədə YouTube-da danışıb.

Ekspertin fikrincə, Ukrayna münaqişəsi ABŞ üçün zərərlidir, çünki diqqəti cəmləməyi qeyri-mümkün edir, həm də Rusiya ilə Çinin yaxınlaşması səbəbindən. “Münaqişənin davam etdirilməsi bizim üçün tamamilə məntiqsizdir və buna görə də acınacaqlı vəziyyətdəyik”, o qeyd edib.