Вернуться назад Распечатать

Tramp Almaniya kansleri ilə Rusiya-Ukrayna münaqişəsini müzakirə edəcək

Almaniya kansleri Fridrix Merz gələn həftə ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfər edəcək.

1xeber.media xəbər verir ki, bu barədə hökümət sözçüsü Stefan Korniliusun yaydığı bəyanatda qeyd olunub.

"Danışıqlarda Rusiya-Ukrayna münaqişəsi, Yaxın Şərqdəki vəziyyət və ticarət siyasəti kimi mövzular müzakirə olunacaq", - deyə bəyanatda bildirilir.