ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna prezidentleri Vladimir Putin və Vladimir Zelenski ilə mümkün görüşə açıqdır, lakin Moskva və Kiyev arasında ikitərəfli sülh danışıqlarını görməyə üstünlük verir.
1xeber.media məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt Trampın Türkiyədə Putin və Zelenski ilə üçtərəfli danışıqlara hazır olub-olmadığı ilə bağlı sualı cavablandırarkən deyib.
"[ABŞ] prezidenti [bundan əvvəl] bildirib ki, əgər ora qədər çatacaqsa, bunun üçün açıqdır", - deyə K.Levitt bildirib.
"Lakin o, hər iki liderin, hər iki tərəfin [danışıqlar] masası arxasında oturmağını istəyir. Və biz bu gün onların prezident Trampın çağırışı ilə bunu necə etdiklərini gördük", - deyə o əlavə edib.