Вернуться назад Распечатать

Ermənistan ordusunun maşını İrəvanda qəza törətdi: 3 yaralı var

 İrəvanda Ermənistan silahlı qüvvələrinə aid avtomobilin iştirakı ilə qəza baş verib.


1xeber.media erməni mediasına istinadla xəbər verir ki, bu gün saat 15:00 radələrində Ermənistan Müdafiə Nazirliyinin balansında olan “Hunday Elantra” və “pikap” tipli avtomobil toqquşub.


Qəza nəticəsində 2 nəfər Erebuni Tibb Mərkəzinə, 1 nəfər isə hərbi hospitala yerləşdirilib.


Toqquşma nəticəsində “pikap” yolun hərəkət hissəsindən çıxaraq dirəyə çırpılıb. Patrul xidməti sürücülərin və zərərçəkənlərin şəxsiyyətini müəyyənləşdirir.