Вернуться назад Распечатать

Türkiyənin Azərbaycandakı Səfirliyi Qurban bayramı münasibətilə paylaşım edib

 Türkiyənin Azərbaycandakı Səfirliyi Qurban bayramı münasibətilə paylaşım edib.


1xeber.media xəbər verir ki, diplomatik nümayəndəliyin "X" sosial şəbəkə hesabı vasitəsilə həm Azərbaycan, həm də Türkiyə vətəndaşlarına təbrik ünvanlanıb.


"Bütün vətəndaşlarımızı, eləcə də azərbaycanlı bacı və qardaşlarımızı dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, bayramın hamıya cansağlığı, sevinc, rifah və süfrələrə ruzi-bərəkət gətirməsini arzu edirik", - paylaşımda qeyd olunub.