Вернуться назад Распечатать

İsrail Baş Qərargah rəisi Qəzzadakı əməliyyatın davam planlarını təsdiqlədi

 İsrail ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir vəziyyəti dəyərləndirmək üçün iclas keçirib və Qəzza zolağında hərbi əməliyyatın davam etdirilməsi üçün əməliyyat planlarını təsdiqləyib.


1xeber.media məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.


Eyal Zamir "vəziyyəti qiymətləndirib və Qəzza zolağında əməliyyatı davam etdirmək üçün Cənub Komandanlığının əməliyyat planlarını təsdiqləyib".


Qeyd edək ki, iyunun 1-də Baş Qərargah rəisi hərbi əməliyyatların həm cənubda, həm də sektorun şimalında əlavə ərazilərə genişləndirilməsi barədə göstərişlər verib.