Danışıqlar nəticəsində Kursk vilayətinin 46 sakini Ukraynadan Rusiyaya qayıdıb. Bu barədə Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova məlumat verib.
1xeber.media xəbər verir ki, Ukrayna ordusunun Kursk bölgəsini işğal etməsindən sonra ruslar ölkədən aparılıb. Vilayət administrasiyası, Müdafiə Nazirliyi, Prezident Administrasiyası, Rusiya Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq edərək insanların vətənə qayıtması barədə razılığa gəlmək mümkün olub.Oktyabrın sonunda Rusiya Qızıl Xaç Cəmiyyətinin (RXC) rəhbəri Pavel Savçuk bildirib ki, quruma Kursk vilayətində itkin düşənlərin axtarışı ilə bağlı 5,6 min müraciət daxil olub. Onun sözlərinə görə, həmin vaxt 1088 nəfər tapılıb.