Вернуться назад Распечатать

İsrailin İrana hava zərbələri davam edərsə... - QMİ

 Baş verən son hadisələrlə əlaqədar (İsrailin İrana endirdiyi hava zərbələri - red.) Həcc ziyarətindən gələn zəvvarların Azərbaycana qayıtmasında heç bir problem yaranmayacaq.

1xeber.media xəbər verir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sisteminin rəhbəri Vüsal Cahangiri deyib.


“AZAL-dan məlumat veriblər ki, zəvvarların qayıdışı ilə bağlı heç bir problem olmayacaq. Mövcud durum davam etsə, təyyarələrin marşrutları dəyişdiriləcək və təhlükəsiz hava dəhlizi ilə uçuşlar həyata keçiriləcək", - o bildirib.


V.Cahangiri həmçinin onu da qeyd edib ki, zəvvarlar müqavilədən kənara çıxıb müstəqil formada qayıdırlarsa, problem yarandığı təqdirdə Qafqaz Müsəlmanları İdarəsi məsuliyyət daşımır.