Вернуться назад Распечатать

1207-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

 Rusiya müharibənin 1207-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.


1xeber.media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.


“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 663 təyyarəsi, 283 helikopteri, 63 505 PUA-sı, 611 zenit-raket kompleksi, 23 896 tank və digər zirehli texnikası, 1 572 reaktiv yaylım atəş sistemi, 26 179 artilleriya və minaatanı, 36 842 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.