Вернуться назад Распечатать

Kanada Kiyevə 1,5 milyard dollar hərbi yardım ayıracaq

 Kanada hökuməti Ukraynaya 1,5 milyard dollar məbləğində hərbi yardım edəcək.


1xeber.media CBC-yə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Mark Karni Kananaskisdə keçirilən “Yeddilik” (G7) sammiti çərçivəsində Ukrayna lideri Volodimir Zelenski ilə görüşündə deyib.


Telekanalın məlumatına görə, hərbi yardım paketinə PUA-lar daxil ola bilər. Bundan əlavə, Ottava Kiyevə 1,7 milyard dollar məbləğində kredit verəcək.


Qeyd edək ki, 2022-ci ilin fevralından Kanada Kiyevə 3,32 milyard dollarlıq hərbi yardım edib.