Вернуться назад Распечатать

Omana uçan təyyarə ilə bağlı İrandan rəsmi açıqlama

 İran danışıqlar üçün Omana nümayəndələr göndərməyib.


1xeber.media xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Arakçı məlumat verib.


“Mən danışıqlar heyətinin rəhbəri kimi Tehranı tərk etməmişəm. Bu məlumatlar həqiqətə uyğun deyil”, - Arakçı bildirib.


Qeyd edək ki, bundan öncə İrandan 3 hökumət təyyarəsinin Maskata (Omanın paytaxtı) istiqamətləndiyi barədə məlumat yayılmışdı. Belə ki, ABŞ-la İran arasında danışıqların başlayacağı ehtimal edilirdi.