İran böhranı ilə bağlı göstərilən qətiyyət indi Ukrayna və Qəzza ilə də bağlı göstərilməlidir.
1xeber.media xəbər verir ki, bu barədə İtaliya Baş naziri Corciya Meloni deyib.
“Mən Prezident Donald Trampa sammitdə dedim ki, İsrail və İran arasındakı müharibədə göstərilən eyni qətiyyət digər iki münaqişə - Ukrayna və Qəzza üçün də göstərilməlidir”, - deyə o bildirib.
Qeyd edək ki, İranla İsrail arasında 23 iyunda əldə edilən atəşkəsdə Trampın təkidləri mühüm rol oynayıb.