Вернуться назад Распечатать

İrəvanda Daşnaksütyun üzvləri saxlanıldı

İrəvanda Daşnaksütyun Partiyasının gənclər qanadı və "Nikol Ağbalyan" tələbə birliyinin 10-dan çox nümayəndəsi saxlanılıb.

1xeber.media xəbər verir ki, bunu “Hayastan” fraksiyasından deputat Kristin Vardanyan deyib.

Vardanyan bildirib ki, saxlanılan fəallar üçün polis bölməsinə vəkillər yönləndirilib.

Qeyd edək ki, Ermənistan hüquq-mühafizə orqanları Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyana dəstək vermək üçün Ermənistan İstintaq Komitəsinin binası qarşısında toplaşan vətəndaşları saxlamağa başlayıb.